DİM əməkdaşları ADA Universitetində abituriyent və onların valideynləri üçün müxtəlif mövzularda təlimlər keçirəcək | Təhsil Elanları
DİM əməkdaşları ADA Universitetində abituriyent və onların valideynləri üçün müxtəlif mövzularda təlimlər keçirəcək
Bölmə:Xəbərlər 120 dəfə oxunub
28.04.2024

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən ADA Universitetində mayın 3-də “İmtahan prosesi və vaxtın idarə olunması”, mayın 10-da “İmtahan həyəcanı və stresini necə azaltmalı”?, avqustun 7-də isə “Ərizə formasının doldurulması, ixtisas seçimi (kodlaşdırma)” mövzularına aid təlimlər keçiriləcək. 

Təlimlərdə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. 

Təlimlərdə qeyd olunan günlərə müvafiq olaraq, imtahan zamanı vaxtın idarə olunması, həyəcan və stresin aradan qaldırılma üsulları, həmçinin ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər, qəbul planı, müsabiqə şərtləri haqqında geniş məlumat veriləcək və iştirakçıların sualları cavablandırılacaq. 

Təlimlərdə iştirak etmək üçün qeydiyyat səhifəsi: ada.edu.az/dim