Təkrar (əlavə) təhsil üçün qəbul necə aparılır? - AÇIQLAMA | Təhsil Elanları
Təkrar (əlavə) təhsil üçün qəbul necə aparılır? - AÇIQLAMA
Bölmə:Xəbərlər 288 dəfə oxunub
28.04.2024

Ali və orta ixtisas təhsilinə təkrar (əlavə) qəbul təhsil müəssisələrinin keçirdiyi müsabiqələr yolu ilə aparılır.

 
Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, qəbul portal.edu.az vasitəsilə elektron şəkildə həyata keçirilir.
 
Təkrar (əlavə) təhsil almaq istəyənlər təhsil proqramı, ödəniş və digər məsələlər barədə məlumat üçün təhsil müəssisəsinə müraciət edə bilərlər.
 
Təkrar (əlavə) təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir.
 
Qeyd edək ki, pedaqoji ixtisaslar üzrə əlavə təhsilə qəbul dayandırılıb.