İnstitut şöbə müdiri axtarır | Təhsil Elanları
İnstitut şöbə müdiri axtarır
Bölmə:AMEA 1476 dəfə oxunub
23.02.2015

AMEA Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Tehsil.im-in AMEA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vakant yerlər “Türkdilli əlyazmaların tədqiqi”, “Farsdilli əlyazmaların tədqiqi”, “Ərəbdilli əlyazmaların tədqiqi”, “Şəxsi arxivlərin tədqiqi”, “Kitabşünaslıq və biblioqrafiya”, “Multidistiplinar əlyazmalar və çap kitabları”, “Beynəlxalq əlaqələr”, “Əlyazmaların kataloqlaşdırılması”, “Elektron resurslar”, “Elmi fondlar”, “Əlyazmaların elmi ekspozisiyası və təqdimi”, “Kitabxana və elmi informasiya” şöbələrinə şöbə müdiri və “Əlyazmaların gigiyena və bərpası” laboratoriyasına laboratoriya müdiri vəzifələrinədir.

Müsabiqədə elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.