“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibələrə başlanılıb | Təhsil Elanları
“2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində müsahibələrə başlanılıb
Bölmə:Xaricdə Təhsil 116 dəfə oxunub
07.04.2024

Aprelin 5-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində namizədlərlə müsahibələrin keçirilməsinə başlanılıb. 

Müsahibədə Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün sənədlərini uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər iştirak edirlər. 

Müsahibə mərhələsində Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlər iştirak edirlər. Müsahibənin nəticəsinə uyğun olaraq, müvafiq balı toplamış namizəd müsabiqə mərhələsinə keçir. 

Dövlət Proqramına sənəd qəbulu iyunun 15-dək davam edəcək. 

Dövlət Proqramının 2022–2026-cı illər üzrə hədəfi hər il 400 nəfərədək olmaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu universitetlərində təhsilinin təmin edilməsidir. Proqram çərçivəsində təhsil yerlərinin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.