BP Azərbaycan dilinə tərcümə olunmuş beş dərsliyi təqdim edib | Təhsil Elanları
BP Azərbaycan dilinə tərcümə olunmuş beş dərsliyi təqdim edib
Bölmə:Xəbərlər 112 dəfə oxunub
19.03.2024

Fevralın 19-da “British Petroleum” (BP) şirkəti növbəti beş xarici universitet dərsliyinin Azərbaycan dilinə tərcümə olunmuş nəşrlərini təqdim edib.

Təqdimat mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev də iştirak edib. 

Bildirilib ki, bu, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş layihəsinin bir hissəsidir. Layihə çərçivəsində hazırda növbəti beş kitabın tərcüməsi davam etdirilir və onların təqdimatı gələn ilə planlaşdırılır.

Qeyd edilib ki, bu gün təqdimatı keçirilən dərsliklər "Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında", "Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə", "İqtisadi siyasət. Nəzəriyyə və praktika", "İnformasiya təhlükəsizliyi prinsipləri", "Növbəti: gələcəyin qısa tarixi"dir. Həmin kitablar BP-nin yerli universitet, kitabxana, həmçinin müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da “Teas Press” nəşriyyat evinin onlayn platformalarında yerləşdirilib.