Şagirdlərin elektron yerdəyişməsinə başlanılır | Təhsil Elanları
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Bölmə:Xəbərlər 99 dəfə oxunub
19.02.2024

20 fevral saat 11:00-dan etibarən sy.edu.az portalı üzərindən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.

Qeyd edək ki, 20 fevral tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi də 1 mart 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.