Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib | Təhsil Elanları
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Bölmə:Dövlət qulluğu 85 dəfə oxunub
18.02.2024

İmtahanların 17 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 mart 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat 14 mart 2024-cü il saat 10:00-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küç., 5 saylı tədris binası) keçiriləcək. İmtahan saat 10:00-da başlanır və kompüter vasitəsilə keçiriləcək.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Bu imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə 29 fevral saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə 14 mart saat 10:00-dək həyata keçiriləcək.

AB, AC qrupları üzrə imtahan saat 10:00-da, BA qrupları üzrə imtahan isə saat 15:00-da kompüter vasitəsilə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küç., 5 saylı tədris binası) keçiriləcək.

BB qrupu üzrə imtahan saat 11:00-da başlanır və kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan yeri imtahana 5 gün qalmış namizədin buraxılış vərəqəsində göstəriləcək.