Rayon icra hakimiyyətlərində vakansiyalar var | Təhsil Elanları
Rayon icra hakimiyyətlərində vakansiyalar var
Bölmə:İş Elanları 1444 dəfə oxunub
14.02.2024

RAYON İCRA HAKİMİYYƏTLƏRİNDƏKİ VAKANSİYALAR

 

 

14 fevral 2024-cü il tarixindən inzibati vəzifələrin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 69 dövlət orqanında 298 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Müsabiqənin müsahibə mərhələsinə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Turizm Agentliyi (30 vəzifə) tərəfindən təqdim olunub. 

Ümumilikdə, müsahibəyə çıxarılmış 298 vakant inzibati vəzifənin 1-i AB, 18-i AC, 36-sı BA, 243-ü isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda, müsahibə elan edilən vəzifələrdən 68-i 22 yerli icra hakimiyyəti orqanı tərəfindən, 56-sı Naxçıvan Muxtar Respublikasının 11 dövlət orqanı tərəfindən təqdim edilib.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 14 fevral 2024-cü il tarixindən  14 mart 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.