İqtisadi Elmi Tədqiqat İnstitutunda işləmək imkanı | Təhsil Elanları
İqtisadi Elmi Tədqiqat İnstitutunda işləmək imkanı
Bölmə:İş Elanları 257 dəfə oxunub
03.02.2024

Azərbaycan tarixində son 60 ildə iqtisadiyyatın bir çox sahəsinə öz töhfəsini vermiş, bu sahədə ölkənin aparıcı beyin mərkəzi sayılan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (TheESRI) aşağıdakı istiqamətlər (1-7) və növbəti vəzifələr (A-F) üzrə vakansiyalar elan edir:
 
İstiqamətlər
1. İqtisadi inkişaf siyasətinin təhlili
2. Makroiqtisadi siyasətin təhlili
3. İqtisadi modelləşdirmə, statistika və data analitikası
4. Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili
5. Yerli və beynəlxalq əməkdaşlıq məsələləri
6. Keyfiyyətə nəzarət və planlaşdırma məsələləri
7. Elm, təhsil və karyera inkişafı məsələləri

Vəzifələr
A. Şöbə müdiri
B. Baş elmi işçi
C. Aparıcı elmi işçi
D. Böyük elmi işçi
E. Elmi işçi
F. Kiçik elmi işçi
 

Niyə ESRI?
·  İqtisadiyyat sahəsində nəzəri bilikləri real hadisələr üzərində tətbiq edərək iqtisadi təhlil prosesini dərindən öyrənəcək;
·  Dünyada baş verən hadisələrin iqtisadi aspektlərini öyrənmə bacarığı əldə edəcək;
·  Ölkəmizin bacarıqlı iqtisadçılarından ixtisaslaşdıqları sahələr üzrə dərin təcrübi biliklər əldə edəcək;
·  İqtisadiyyat Nazirliyinin məmurlarından inzibati, institusional və digər biliklər əldə edəcək;
·  Statistik göstəriciləri düzgün təhlil etmə bacarığına nail olacaq;
·  Dünyanın aparıcı beyin mərkəzləri ilə əlaqələr quracaq;
·  Beynəlxalq təşkilat, qurum və universitetlərin ölkə, region və dünya səviyyəsində hazırladığı hesabatlarla yaxından tanış olaraq akademik oxuma-yazma qabiliyyətini artıracaq;
·  Beynəlxalq səviyyədə təşkil olunan tədbirlərdə ölkəmizi təmsil etmək şansı əldə edəcək;
·  Dövlət Proqramlarının inkişafına öz töhfəsini verəcək;
·  Tədqiqat bacarıqlarınızı artıracaqsınız.

Tələblər
·  Təhsil: Ali (iqtisadiyyat və əlaqəli sahələr; magistratura və doktorantura təhsili böyük üstünlükdür);
·  İş təcrübəsi: Müvafiq sahədə həm nəzəri, həm də praktiki cəhətdən təcrübə (bəzi vəzifələr üzrə məcburi xarakter daşımır, lakin üstünlükdür);
·  Proqram bilikləri: Microsoft Office proqramları (sahə üzrə tətbiq oluna biləcək digər proqramlar üstünlükdür);
·  Dil bilikləri: Azərbaycan dili (mükəmməl), ingilis dili (mükəmməl), rus dili (üstünlükdür);
·  İqtisadi sahələrdə qlobal trendlərə maraq;
·  Akademik platformalarda nəşrlər (üstünlükdür);
·  Analitik düşüncə qabiliyyəti və təhlil bacarığı.

Son müraciət tarixi: 29 fevral 2024-cü il
(Yalnızca uyğun görülən (“shortlisted”) namizədlər “first come, first serve” əsasında müsabiqəyə dəvət ediləcəkdir)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə özlərinə uyğun “istiqamət” və “vəzifə”ni yazaraq (Misal üçün: 1A və ya 3F) office@esri.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.