DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib | Təhsil Elanları
DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 162 dəfə oxunub
25.01.2024

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq

Struktur bölmə: Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti

Struktur vahid: Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsi, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektoru

Vəzifənin adı: məsləhətçi

Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə, humanitar və sosial ixtisas qrupları üzrə ali təhsil

Qulluq funksiyaları:

•    dövlət orqanları tərəfindən təqdim edilmiş dövlət qulluğunun inzibati vəzifələri üzrə vəzifə təlimatları və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və razılaşdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi;

•    müvafiq informasiya sistemi vasitəsilə müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanlarının hazırlanması, habelə sistemin idarə edilməsində iştirak edilməsi;

•    müsahibə elanları haqqında press-relizlərin hazırlanması, habelə elan barədə məlumatın Mərkəzin və aidiyyəti dövlət orqanlarının internet potalında yerləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülməsi;

•    müsabiqə üzrə müsahibə və ümumi müsahibəyə təqdim edilmiş vakant inzibati vəzifələr üzrə ehtiyat kadrların mövcudluğunun yoxlanılması, ehtiyat kadr olduğu halda qanunvericiliyə uyğun tədbir görülməsinin təmin edilməsi;

•    dövlət orqanları tərəfindən müsahibə elan edilməsi məqsədilə təqdim edilmiş vakant vəzifələr barədə ümumiləşdirilmiş məlumatlar hazırlanması və mütəmadi olaraq sektor müdirinə təqdim edilməsi;

•    dövlət orqanları tərəfindən vakant inzibati vəzifələrin tutulması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və bununla bağlı hesabatın sektor müdirinə təqdim edilməsi;

•    dövlət orqanlarının məsul şəxslərinə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanması, habelə müvafiq informasiya sistemindən istifadə ilə bağlı təlimlərin keçirilməsi;

•    “Təşkilati hüquqi sənədlər və inzibati vəzifələr haqqında məlumat toplu”larının dövlət orqanları tərəfindən hazırlanması ilə bağlı müvafiq tədbirlər görülməsi;

•    dövlət qulluğunda vəzifə profillərinin layihələrinin hazırlanmasında iştirak edilməsi;

•    Səlahiyyətləri daxilində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin icra vəziyyətinin öyrənilməsində iştirak edilməsi və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılmasını təmin etmək məqsədilə sektor müdirinə təqdimat verilməsi;

•    müxtəlif qurumlar tərəfindən təşkil edilən karyera sərgilərində iştirak edilməsi;

•    sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik xarakterli məlumatlar və metodiki vəsaitlər hazırlanması;

•    səlahiyyətləri daxilində dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmasında iştirak edilməsi;

•    sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi və yeniliklərin tətbiqi məqsədilə təkliflər hazırlanması;

•    qəbul edilmiş dövlət proqramları üzrə dövlət qulluğu sahəsində həvalə edilmiş digər işlərin həyata keçirilməsi;

•    sektorun fəaliyyəti ilə bağlı iş planının və hesabatların hazırlanmasında iştirak edilməsi;

•    icraatına daxil olan yazılı, şifahi və elektron müraciətlərə baxılması və qanunvericiliyə uyğun olaraq cavablandırılması;

•    Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, mərkəzin nümayəndəsi qismində və s.);

• rəhbərlik, departament müdiri, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

İş stajına dair tələblər: İş stajına dair tələb müəyyən edilmir.

Kompüter biliklərinə dair tələblər: "Windows" ƏS, "MS Office", İnternetdən istifadə - orta səviyyədə

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1

Xüsusi tələblər: Dövlət qulluğu sertifikatına, habelə kadr qurumlarında iş təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentində məsləhətçi" qeyd etməklə hr@dim.gov.az elektron poçt ünvanına  9 fevral 2024-cü il tarixinədək göndərə bilərlər.

Müsahibə proqramı ilə buradan tanış ola bilərsiniz.