Dövlət İmtahan Mərkəzində 2 vəzifə üzrə vakansiya elan edilib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzində 2 vəzifə üzrə vakansiya elan edilib
Bölmə:İş Elanları 188 dəfə oxunub
22.01.2024

Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsində böyük məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə) və aparıcı məsləhətçi (sosial məzuniyyətdə olan işçinin yerinə) vəzifəsi üzrə vakansiyalar elan edilib.

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.