Sərnişin vaqonunun bələdçisi | Təhsil Elanları
Sərnişin vaqonunun bələdçisi
Bölmə:İş Elanları 252 dəfə oxunub
14.01.2024

Sərnişin daşımaları departamenti
İstismar xidməti
Qatar briqadaları
Bakı şəhəri

Vakansiya kodu
V230727-1/2
Kateqoriya
Fəhlə
Elan tarixi
29/12/2023
Son müraciət tarixi
26/01/2024
Əmək şəraiti
Ofisxarici
İş vaxtının norması
Növbəli

Vəzifə (peşə) üzrə əmək haqqı
Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş
-
Ödəniş növü
Vaxtamuzd
Digər təminatlar
-
 

Təhsil istiqaməti/ixtisası
-
Minimum təhsil dərəcəsi
Orta təhsil

Hərbi mükəlləfiyyət
Tələb edilmir

Sahə üzrə iş təcrübəsi
-
Tələb olunan biliklər
Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər; Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər; Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər; Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər; Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər; Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər; Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş kitabçaları üzrə biliklər; İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər.
Fərdi keyfiyyət göstəriciləri
Keyfiyyət yönümlülük
Kommunikabellilik
Müştəri yönümlülük
Digər tələb və üstünlük göstəriciləri
Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçilik edən, yolda uzun müddət xidmət edə bilən, 35 yaşadək xanım namizədlərə üstünlük verilir.

Komputer bilikləri
-
Dil bilikləri
Rus-yaxşı
İngilis-yaxşı
Tələb olunan vəsiqə və ya sertifikat
Tələb edilmir

Vəzifə öhdəlikləri
Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi; Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması; Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi; Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi; Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi.

Ünvan
Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 24