UNEC-də “Müəllim assistenti" vəzifələrinin tutulması üçün müsabiqə elan olunur | Təhsil Elanları
UNEC-də “Müəllim assistenti" vəzifələrinin tutulması üçün müsabiqə elan olunur
Bölmə:İş Elanları 307 dəfə oxunub
14.01.2024

UNEC-də “Müəllim assistenti" vəzifələrinin tutulması üçün müsabiqə elan olunur.

“Müəllim assistenti” vəzifələrini tutmaq üçün müsabiqə aşağıda adları qeyd olunan kafedralar üzrə aparılır:

  • “İqtisadiyyat” kafedrası;
  • “Tətbiqi iqtisadiyyat” kafedrası;
  • “Mühəndislik və tətbiqi elmlər” kafedrası;
  • “Maliyyə və audit” kafedrası;
  • “Biznes və logistika” kafedrası.

Qeyd olunan vəzifələrin tutulması “Azərbaycan Dövlət İqtisad Universitetində müəllim assistenti vəzifəsi və onun tutulması haqqında" QAYDALARA uyğun olaraq aparılacaq.

Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu tarixi: 8 yanvar-8 fevral 2024-cü il.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər İnsan resursları şöbəsinə və ya hr@unec.edu.az e-ünvana təqdim olunmalıdır.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 202, II mərtəbə, UNEC.
Əlaqə: 492 87 64.