Dövlət İmtahan Mərkəzi Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib
Bölmə:İş Elanları 303 dəfə oxunub
27.11.2023

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq

Struktur bölmənin adı: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektor

Vəzifənin adı: böyük məsləhətçi

Təhsilə dair tələb: ali, hüquq sahəsi üzrə

İş təcrübəsinə dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 2 il iş stajı

Qulluq funksiyaları:

 

  • ali təhsilin magistratura səviyyəsinə qəbul, dövlət qulluğuna (eyni zamanda xüsusi növ dövlət qulluğuna) qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, müxtəlif dövlət orqanlarına və təşkilatlara işə qəbul, müxtəlif növ sertifikatların verilməsi və s. məqsədi ilə keçirilən imtahanlar üzrə qanunvericiliyə dair qəbul proqramlarını hazırlamaq; 

  • yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasını təşkil etmək;

  • qanunvericilik üzrə mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişini təşkil etmək;

  • ixtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;

  • test kitabçalarının məxfi şəraitdə hazırlanmasında və imtahanda istifadə olunacaq test tapşırıqlarının yekun ekspertizasında iştirak etmək;

  • yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;

  • imtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;

  • səlahiyyətləri daxilində sektora daxil olan mü­raciətləri araşdırmaq və cavablandırmaq və s.

 

Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2, Rus dili – B1

Kompüter bacarıqlarına dair tələblər: MS Windows, MS Office, İnternet 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində böyük məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 10 dekabr 2023-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.