Tələbə adını qazananların nəzərinə! | Təhsil Elanları
Tələbə adını qazananların nəzərinə!
Bölmə:Tələbə qəbulu 148 dəfə oxunub
18.09.2023

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə, bakalavriat və rezidentura səviyyələrinin boş qalan yerlərinə isə əlavə yerləşmə üzrə qeydiyyat prosesi davam edir.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/ sistemi üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat prosesi tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə üzrə 25 sentyabr saat 18:00-da, bakalavriat səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə 20 sentyabr saat 18:00-da, rezidentura səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə isə 18 sentyabr saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.