UNEC-də təkrar ali təhsilə qəbul başlayıb | Təhsil Elanları
UNEC-də təkrar ali təhsilə qəbul başlayıb
Bölmə:Tələbə qəbulu 175 dəfə oxunub
17.05.2023

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Zaqatala filialı 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada, portal.edu.az və kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir. Müvafiq tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququ qazanacaqlar.

Sənədlərin qəbulu may ayının 17-dən avqust ayının 31-dək aparılacaq.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Əlavə məlumatı unec.edu.az saytından əldə etmək mümkündür.