IV qrupda 200-dən yuxarı bal toplayan ali məktəbə qəbul oluna bilər | Təhsil Elanları
IV qrupda 200-dən yuxarı bal toplayan ali məktəbə qəbul oluna bilər
Bölmə:Tələbə qəbulu 304 dəfə oxunub
16.08.2022

"IV ixtisas qrupunda abituriyentlərin göstərdiyi nəticələr yüksəkdir".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, bu qrupda 600-dən yuxarı bal toplayanların sayı 511 nəfərdir: “Ötən il bu say 408 nəfər olub. Bu qrupda 200-dən yüksək nəticə göstərənlərin hər biri ali məktəbə qəbul oluna bilər”.