Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub | Təhsil Elanları
Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub
Bölmə:Dövlət qulluğu 416 dəfə oxunub
29.06.2022

Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sistemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırırıq ki, yuxarıda qeyd olunanlara əsasən 2022-ci ilin iyul ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilmişdir. Proqramlarla buradan tanış ola bilərsiniz.