Müəllimlərin işə qəbulu ilə bağlı sual nümunələri | Təhsil Elanları
Müəllimlərin işə qəbulu ilə bağlı sual nümunələri
Bölmə:Təhsil Nazirliyi 361 dəfə oxunub
11.05.2022

Təhsil İnstitutu (ARTİ) müəllimlərin işə qəbulu üzrə ötən illərdə keçirilmiş imtahanlara dair sual nümunələrini ictimaiyyətə təqdim etməyə başlayıb. Məqsəd müəllim olmaq istəyən və işə qəbul üzrə imtahana hazırlaşan namizədlərə dəstək olmaq, onların hazırlığına istiqamət verməkdən ibarətdir.

Fənlər üzrə sual nümunələri ARTİ-nin rəsmi internet saytı və "Facebook" səhifəsi üzərindən paylaşılmaqdadır.

Riyaziyyat, kimya və fizika fənləri üzrə sual nümunələri müvafiq səhifələrdə artıq yerləşdirilib. Aşağıdakı link vasitəsilə həmin suallarla tanış ola bilərsiniz:

https://www.arti.edu.az/az/presentation/1385-kimya-fanni-uzra-miq-sual-numunalari

https://www.arti.edu.az/az/presentation/1377-riyaziyyat-fanni-uzra-miq-sual-numunalari

https://www.arti.edu.az/az/presentation/1379-fizika-fanni-uzra-miq-sual-numunalari

Qeyd edək ki, növbəti günlərdə digər fənlər üzrə sual nümunələrinin paylaşımı nəzərdə tutulur.