Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi - Qeyri-adi addım (FOTO) | Təhsil Elanları
Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi - Qeyri-adi addım (FOTO)
Bölmə:Xəbərlər 646 dəfə oxunub
16.02.2018

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Ali Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

BANM-dən “AzPolitika”ya verilən məlumata görə, rektor Elmar Qasımov 2 tələbəyə – Famil Babayev və Abusupan Adıyevə xüsusi mükafat verəcəyini deyərək, onlara zəngli saat hədiyyə edib. Məsələ burasındadır ki, həmin tələbələr BANM-ın dərslərə ən çox gecikən tələbələridir.

Rektor bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.