BP tələbələr üçün ingilis dili kursları təşkil edəcək | Təhsil Elanları
BP tələbələr üçün ingilis dili kursları təşkil edəcək
Bölmə:Tələbə qəbulu 1106 dəfə oxunub
21.10.2014

Azərbaycanda mühüm neft-qaz işlənmələri və nəqli layihələrinin operatoru olan bp şirkəti həyata keçirdiyi sosial proqramlar sırasında təhsilə dəstək təşəbbüsləri mühüm yer tutur. Şirkət elm, təhsil və gənclərin inkişafı sahəsində əhəmiyyətli layihələrin müəllifidir. 

Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərdə neft və qaz sahəsində təhsil alan tələbələr üçün şirkət tərəfindən artıq uzun müddətdir ki, “Təhsilə dəstək” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində ən yaxşı nəticə göstərmiş birinci kurs tələbələri 2 illik ingilis dili kurslarında tədris ilə mükafatlandırılır. 

Tehsil.im xəbər verir ki, bu layihənin uğurla həyata keçirilməsi üçün bp şirkətinin müraciəti əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissyası (TQDK) 2014/2015-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında aşağıda göstərilən ixtisasların əyani şöbələrinə qəbul olmuş 10 ən yüksək nəticəli tələbələrin siyahısını müəyyənləşdirmiş və həmin şirkətə təqdim etmişdir: 

• Elektirik/Energetika mühəndisliyi 

• Mexanika/Neftin mexanikası mühəndisliyi 

• Biokimya/Kimya/Tətbiqi kimya/Kimyəvi texnologiya 

• Geofizika/Geologiya 

• Neft-qaz/ Neft-qaz qurğuları mühəndisliyi 

• Metallurgiya/Metalşünaslıq mühəndisliyi 

• Hidrogeologiya mühəndisliyi 

• Texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi 

• Dağ-mədən mühəndisliyi 

• Cihazqayırma mühəndisliyi 

• Proseslərin avtomatlaşdırılması mühəndisliyi 

• İnşaat və tikinti mühəndisliyi 

• Mühəndis sistemləri və qurğuları tikintisi mühəndisliyi 

• Fizika/Tətbiqi fizika 

• Riyaziyyat/Mexaniki riyaziyyat/Tətbiqi riyaziyyat 

• Hava nəqliyyat vasitələrinə nəzarət 

• Sənaye mühəndisliyi 

• Neft və qazın nəqli 

• Maşınqayırma