TQDK miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirəcəkdir | Təhsil Elanları
TQDK miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı keçirəcəkdir
Bölmə:Tələbə qəbulu 947 dəfə oxunub
09.10.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il oktyabrın 12-də Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

Tehsil.im xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu 2014-cü il avqust ayının 1-dən oktyabrın 1-dək Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmışdır.

İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınmışdır.

Namizədlərə “İmtahana buraxılış vərəqəsi ” 03 oktyabr 2014-cü il tarixədən (saat 09:00-dan saat 13:00-a qədər; saat 14:00-dan saat 17:00-a qədər) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından təqdim olunur.

Test imtahanı Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) saat 11:00-da başlanır.

İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaqdır. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.

İmtahan 3 sааt dаvаm еdir. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

İmtahanın nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcəkdir. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.