Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin 2017-2018-ci tədris ili üçün Təqaüd Proqramı | Təhsil Elanları
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin 2017-2018-ci tədris ili üçün Təqaüd Proqramı
Bölmə:Təqaüdlər 1352 dəfə oxunub
19.02.2017

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti tərəfindən 2017/2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olimpiada təşkil olunub.

Olimpiadanın şərtlərinə uyğun olaraq hər ölkə üzrə qaliblər üçün 5, mükafatçılar üçün 5 kvota yerləri nəzərdə tutulub.

Seçimlərdə yüksək bal toplayan şəxslər (qaliblər) adıçəkilən ali təhsil müəssisəsində təhsil haqqından azad olunacaq, mükafatçılar üçün təhsil haqqına 50 faiz güzəşt tətbiq ediləcək. Qaliblər üçün isə aylıq təqaüd (1500 rubl) veriləcəkdir.

Maliyyə xərcləri  (yaşayış, tibbi sığorta, yol xərci) tələbələr tərəfindən qarşılanmalıdır.

İştirak üçün yaş məhdudiyyəti mövcud deyildir.

İştirak etmək istəyən namizədlər fevral ayı ərzində http://www.fa.ru/projects/mks/Pages/registration.aspx keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.