Rusiya Federasiyasında təqaüdlə təhsil imkanı | Təhsil Elanları
Rusiya Federasiyasında təqaüdlə təhsil imkanı
Bölmə:Təqaüdlər 2429 dəfə oxunub
07.01.2017

Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı

Müraciət tarixi: 09.01.2017-dək
Təqdim edən tərəf: Rusiya Federasiyası
Qarşılanan xərclər (Rusiya Federasiyası tərəfindən):
• ödənişsiz təhsil;
• aylıq təqaüd.

QEYD: Təhsil yerinə gediş-gəliş xərcləri, tibbi sığorta, universitet yataqxanasında yaşayış tələbələrin özləri tərəfindən qarşılanır.
Müraciət forması: namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır. 
Qeydiyyat başa çatdıqdan sonra I mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcəkdir. I mərhələdən uğurla keçmiş namizədlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq.

Ali təhsil müəssisələri: Universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф

 
www.russia-edu.ru
 
 internet səhifələri vasitəsilə tanış olmaq mümkündür.

Əlaqə vasitələri: riccabiturient@yandex.ru,

iş günləri, saat: 11:00-13:00 aralığında

tel:+994 12 496 45 00 (Пономарёва Юлия Валерьевна),

bununla yanaşı russia.admissions@edu.gov.az