Nitqlə Manipulyasiya və Arqumentləşdirmə - TƏLİM | Təhsil Elanları
Nitqlə Manipulyasiya və Arqumentləşdirmə - TƏLİM
Bölmə:Təlimlər / Trainings 2005 dəfə oxunub
02.07.2014

“MEDALYONUN 2 ÜZÜ” nitqlə manipulyasiya, arqumentləşdirmə və təkzibin intensiv metodları haqda ilk fəlsəfi-praktik təlimi 

İş mühitində, eləcə də gündəlik həyatda irəli sürdüyünüz fikirləri düzgün əsaslandırmağı bacarmaq istəyirsinizsə, bu təlim sizin üçün əvəzsizdir.

TƏLİM HAQQINDA:

Şərqin ilk Debat Formatı “Qladiator Debatları”, “Fəlsəfə Akademiyası” Gənclər Təşkilatı, İnnovativ İnkişaf Mərkəzi, Refresh Psixologiya Mərkəzi və treninq.im İnkişaf Portalı sizin üçün yep-yeni təlimlərə start verir. “Medalyonun 2 üzü” adlanan bu təlim natiqlik sənətinin manipulyasiya aləti kimi qərarvermə proseslərinə və müsahiblərinizin düşüncələrinə rasional şəkildə əks-təsir etmənin metodları haqqında yeni baxış tərzidir. Bu təlimlə siz natiqliyin texniki tərəfləri ilə deyil, nəzəri-metodik əsasları və auditoriyaya təsiretmənin praktik mexanizmləri ilə  tanış olacaqsınız. Natiq – sadəcə jestkulyasiya və mimikalarla gözəl işləyən, bədən dilini düzgün istifadə insan deyil. Natiqlik hər şeydən əvvəl “söz hökmranlığı”dır. “Söz hökmranlığı”na isə dilin fəlsəfəsi və fikirlərin məntiqli əsaslandırması ilə nail olmaq mümkündür.

İstənilən auditoriyada və şərtlərdə – tələbələr qarşısında, elmi şuralarda, mötəbər toplantılarda, müəllifi olduğunuz hər hansı elmi-pedaqoji, publisistik məqalələrdə, şifahi və yazılı imtahanlarda, işə qəbul zamanı intervülərdə, xarici universitetlərə və tədbirlərə göndərdiyiniz niyyət məktublarında, bir sözlə fikirlərinizi strukturlu və əsaslandırılmış şəkildə ifadə etmək istədiyiniz istənilən məsələdə “Medalyonun 2 üzü” təlimi sizin mayakınız olacaq.

İnteraktiv təlim prosesində energizer və relaksiya oyunları, qrup işləri, ağıl hücumları və digər metodik əməliyyatlar yerinə yetiriləcək.

Ödəniş: 29 AZN (25 AZN tələbələr, təqaüdçülər, və “Academic Card” sahibləri üçün)

Proqrama daxildir:

  • 8 saatlıq təlim paketi
  • Praktik məşğələlər
  • Təlim materialları
  • Kofe-breyk
  • Sertifikat

Hər təlimin müddəti: 240 dəqiqə

Maksimum iştirakçı sayı: 10 nəfər

Qeydiyyatdan keçdi: 7 nəfər

Təlimlər 19-20 iyul tarixlərində, saat 11:00-15:00-da baş tutacaq.

Əlaqə tel: (+994 55) 433 99 19

                        QEYDİYYAT

 

TƏLİMÇİ HAQQINDA:

Təlimlər öz sahəsi üzrə ixtisaslaşmış təlimçi Həbib Heydər tərəfindən keçiriləcək. Təlimçi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi İdarəetmə fakültəsində bakalavr dərəcəsi alıb. Hazırda isə Bakı Dövlət Universitetinin Sosial Fəlsəfə ixtisası üzrə magistrantdır. Gənclər sektorunda 7 illik fəaliyyət təcrübəsi var. 20-yə qədər yerli və xarici təşkilatın 50-yə qədər layihəsində iştirakçı, təşkilatçı, təlimçi və ya ekspert qismində çıxış edib. Həbib Heydər təlimçi kimi I kursdan etibarən fəaliyyət göstərib özünü doğruldan nadir təlimçilərdəndir. Bu sahə üzrə 6 illik təcrübəyə malikdir. İndiyədək müxtəlif modullar üzrə 680-ə yaxın məktəbli, tələbə və magistranta təlimlər keçmişdir. Nailiyyətlərinin xülasəsi:

  • Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Gənclər və Layihələr üzrə sədr müavini
  • Şərqin ilk Debat Formatı “Qladiator Debatları”nın konstruktoru
  • Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun III və V Qrant müsabiqələrinin qalibi
  • 70-ə yaxın araşdırma, analitika, ictimai-siyasi, fəlsəfi-psixoloji, publisistik-tənqidi esse və məqalələrin müəllifidir.
  • Akademiya, Abşeron və Respublika miqyaslı debat forumlarının 5 qat finalçısıdır: Abşeron 2-cisi, 1 qat DİA çempionu və 3 qat respublika çempionudur (hamısı I kurs).
  • 2007-2011-ci illərdə spiker kimi iştirak etdiyi 15 debat forumundan son 10-da ən yaxşı natiqlər siyahısına düşmüş və əksərən ilk 3-lükdə qərarlaşmış, dəfələrlə ən yaxşı I natiq statusunu almışdır. Keçirdiyi 85-dən artıq debatdan, sadəcə, 10-da məğlub olub.

 

QEYDİYYAT