DQMK yeni müsabiqə elan etdi! | Təhsil Elanları
DQMK yeni müsabiqə elan etdi!
Bölmə:Dövlət qulluğu 2118 dəfə oxunub
14.04.2015

Tehsil.im xəbər verir ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yeni müsabiqə elan edir. 

 Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 31 dövlət orqanında 212 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib. Tehsil.im-in Komissiyaya istinadən verdiyi məlumata görə, həmin vakant 171-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 41-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

 Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı mayın 14-ü, saat 18.00-dək Komissiyaya təqdim etməlidirlər.

15 aprel 2015-ci il tarixdə elan edilmiş MÜSABİQƏ
(SƏNƏD QƏBULU 14 MAY 2015-Cİ İL TARİXİNDƏ BİTƏCƏKDİR)

  • Elanlar
  • Sənəd qəbulu və müsabiqə vəziyyəti
    • Dövlət orqanları üzrə
    • Vakant vəzifələr üzrə