Hilton Hoteldə Xaricdə Təhsil Sərgisi | Təhsil Elanları
Hilton Hoteldə Xaricdə Təhsil Sərgisi
Bölmə:Təqdimat və Sərgilər Xaricdə Təhsil 1938 dəfə oxunub
03.04.2015

Bakıda və Gəncədə Türkiyədə təhsil sərgiləri keçiriləcək.

04-05 aprel tarixlərində Bakıda Hilton Hotelində 30-a yaxın Türkiyə universitetinin və yataqxanaların iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi keçiriləcək.

“Akademi Group” təhsil mərkəzi tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı seminarlar da veriləcək. Xatırladaq ki, sərgi saat 12:00-17:00 arası baş tutacaq.
7 aprel tarixində ikinci dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Bu sərgi isə şəhərin mərkəzində yerləşən Vego hotelində baş tutacaq. Həmin sərgidə Türkiyənin bir çox dövlət və özəl universitetləri təmsil olunacaq. Hər iki sərgidə Azərbaycanın Təhsil Nazirliyi nümayəndələrinin, Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, sərgidə iştirak pulsuzdur.

Online Qeydiyyat üçün Bura daxil olun.
https://www.youtube.com/watch?v=_ZOfExKJD1E