Türkiyədə necə təhsil almaq olar? - GENİŞ MƏLUMAT | Təhsil Elanları
Türkiyədə necə təhsil almaq olar? - GENİŞ MƏLUMAT
Bölmə:Xaricdə Təhsil 9053 dəfə oxunub
17.02.2018

Türkiyədə Təhsil

Türkiyə Universitetləri də bizim Universitetlər kimi Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin demək olar ki, hər birinin öz şərtləri vardır.

  

Bakalavr Təhsili

Bakalavr təhsil müddəti 4 ildir. Dil nəticəsi olmayanlar 1 il əlavə hazırlıq keçməlidirlər. Ümumiyyətlə, Türkiyədə 172 universitet vardır. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur. Xarici tələbələrin Türkiyədə bakalavr oxumağı üçün hal-hazırda bir neçə yol təklif olunur:

-              TQDK (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası)

TQDK vasitəsi ilə siz Türkiyənin Hacettepe, Qazi, ODTU kimi universitetlərinə qəbul ola bilərsiniz. Amma keçid balı çox yüksəkdir 550 dən yuxarı.

 

-              YÖS  (Yabancı Öğrenci Sınavı)

YÖS imtahanını Türkiyənin dövlət və bəzi özəl universitetləri ayrıca keçirir. Universitetlərin bir çoxu bir birlərinin YÖS-ünü qəbul edirlər. Məsələn İstanbul universitetinin keçirdiyi YÖS-ü Uludag, Aksaray və başqa universitetlər qəbul edir.

Keçid olaraq 51-i bal toplamalıdır. Bununla bir çox ixtisaslara (mühəndislik, iqtisadiyyat, dil, müəllimlik və s) qəbul olmaq mümkündür. Hüquq və tibb üçün isə 80-dən yuxarı bal toplamaq lazımdır.

 

-                     SAT (Scholastic Aptitude Test)
Demək olar ki hər universitet SAT imtahanı ilə tələbə qəbulu təşkil edir. Belə ki, prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və əlavə olaraq TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilis dilli proqramlara aid olur.

-                     Yalnız Attestala (Orta məktəbi bitirməsinə aid)

Türkiyənin bir çox dövlət universiteti attestat balı ilə tələbə qəbulu həyata keçirir. Bu zaman    9-10-11ci siniflərin illik qiymət ortalaması çıxarılır və həmin qiymət ortalaması keçid balı rolu oynayır. Tibb və Hüquq sahəsi üzrə oxumaq üçün qiymət ortalaması 5ballıq sistem üzrə 4dən aşağı olmamalıdır. Digər sahələr üzrə isə 3-dən yuxarı olduqda qəbul olmaq mümkündür(universitetin səviyyəsindən asılı olaraq dəyişə bilər).

Əgər tələbənin məktəb vaxtı qiymət ortalaması zəif olarsa ikinci növbədə oxuya bilər. Türkiyə dövləti zəif oxuyan tələbələr üçün də şans yaradır ali təhsil almağa. Belə ki, onlar ikinci növbə dərslərə qəbul olaraq oxuya və normal olaraq digər tələbələr kimi diplom alaraq mütəxəssis ola bilirlər.

Birinci növbə ilə ikinci növbə dərslərində fərq sadəcə dərslər bir az gec başlayır. Saat 3-dən sonra axşama qədər. Birinci növbədə isə tez başlayır. Bundan əlavə olaraq da ikinci növbə təhsil alan təbələr birinci növbə təhsil alan tələbənin təhsil haqqının 2 qatına qədər təhsil haqqı ödəyir.

Birinci və ikinci smen oxumaqdan asılı olmayaraq ümumilikdə bakalvr üzrə dövlət universitetlərində Təhsil haqqları ortalama 200 dollarla 1000 dollar arası dəyişir. Özəl universitetlərdə isə bu qiymət 3000 dollardan başlayaraq 15000 dollar arasında dəyişir.

  

Master təhsili

Türkiyədə magistr təhsili almaq üçün ilk öncə 4 illik bakalavr təhsilini bitirmək lazımdır. Türkiyədə magistratura pilləsi üçün ALES imtahanında iştirak edib, o imtahandan topladığınız balla universitetlərə müraciət edə bilərsiniz. Həm ingilis, həm də türk dilində təhsil ala bilərsiniz. Əsasən 2 illikdir. İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər. İngilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 6 IELTS nəticəniz olmalıdır. Bəzi hallarda isə əgər tələbənin bu imtahanlardan heç bir nəticəsi yoxdursa, universitetin keçirdir YDS (Yabancı Dil Sınavı) imtahanına girməlidir və müvəffəqiyyətlə başa vurmalıdır.

Magistratura təhsili aldığınız zaman təhsilinizi TEZ-li və ya TEZ-siz (TEZ – diplom işi və ya tezis) olaraq seçə bilərsiniz. TEZ-li olmasını üstünlüyü daha sonra təhsilin bir digər akademik pilləsinə qalxma imkanı verməsidir.

Dövlət universitetlərində TEZ-li təhsil almaq üçün mütləq olaraq ALES imtahanı şərtdir. Ancaq TEZ-siz təhsil istədiyiniz zaman ALES imtahan nəticə olmadan da qəbul ola bilmək mümkündür.

Təhsil haqqları isə TEZ-li və TEZ-siz olaraq bir o qədər də fərqlənmir. Təhsil haqqı Türkiyədə proqram qiyməti (2 il birlikdə) olaraq götürüldüyündən dövlət universitetlərində ortalama qiymət 1500 dollarla 3000 dollar arasında dəyişir. Özəl universitetlərdə də qiymət 1500 dollardan 3000dollara qədər təşkil edir.

 

Türkiyədə yataqxana xərcləri şəhərlərə görə dəyişir:

  • Antalya və İzmir - aylıq 200-300 dollar,
  • Balıkesir - aylıq 120-200 dollar,
  • Aksaray - aylıq 120-200 dollar və s.

Yataqxana qiymətlərinə daxildir:

  • Gündə 1 və ya 2 dəfə yemək
  • Dərs qrafikinə uyğun olaraq PULSUZ universitetə aparılıb gətirilmə
  • Sınırsız İnternet (WİFİ)
  • Hər bir otaqda telefon
  • Təmizlik və paltarların yuyulması, ütü.
  • İdman salonu
  • Kitabxana
  • Kino günləri
  • Bufet

AZƏR İSMAYILOV