Dövlət İmtahan Mərkəzinin keçirdiyi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislərin nəzərinə! | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislərin nəzərinə!
Bölmə:İş Elanları 686 dəfə oxunub
15.02.2018

Dövlət İmtahan Mərkəzi ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı ekspert kimi iştirak etmək istəyən mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir

 

Dövlət İmtahan Mərkəzi ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir. Müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi  olmalıdır.

Arzu edən mütəxəssislər iş üçün müraciət anketini doldurmaqla, onu 2018-ci il martın 15-dək sh.askerova@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən mütəxəssislər DİM-ə müsahibəyə dəvət olunacaqlar.